Pleyeri seçin:
DSMF-nin mətbuat xidməti Himalay Məmişovla bağlı açıqlama verdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi səhifələrdə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun İsveçrədə səfərdə olarkən guya infarkt keçirərək vəfat etməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir. Bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, fondun sədri İsveçrədə işgüzar səfərdə olub. Səfər zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıqla bağlı görüşlər keçirib.
Səfər çərçivəsində DSMF ilə dünyanın 160-dan çox ölkəsindən 350-yə yaxın sosial təminat qurumunun üzv olduğu Beynəlxalq Sosial Təminat Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edilib ki, DSMF sədri hazırda Bakıdadır, səhhətində hər hansı bir narahatlıq yoxdur.
Kopyalandı
#Himalay Məmişov teqi istifadə olunub
- Qeyri-neft gəlirlərinin artım tempi neft gəlirlərini üstələyib
- 2026-cı il dövlət büdcəsinin xərcləri nə qədər olacaq?
- 2026-cı ildə bu sahəyə ayrılan vəsait 5,2 milyard manata çatdırılacaq
- 2026-cı ildə Naxçıvana nə qədər pul xərclənəcək?
- İlham Əliyevdən vacib təyinatlar | Anar Kərimovla bağlı sərəncam
