DTX: Fazil Mustafaya qarşı terror aktı törədilib
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 28-i Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomatından atəş açılaraq terror aktı törədilib. Hadisə paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 ünvanında qeydə alınıb.
Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib ki, terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
Faktla bağlı DTX-nin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Terror aktını törədən şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir
#Fazil Mustafa teqi istifadə olunub
- "Bu, tamamilə yersizdir" | Fazil Mustafadan Naxçıvanın statusu ilə bağlı təklif - Baku TV
- Zəngəzur dəhlizi bu quruculuğun əsas hədəfidir | Fazil Mustafa - Baku TV
- “Dövlət qurumları özünü sığortalayıb” | Deputatdan qəzalı binalarla bağlı sərt irad
- MM-də Gürcüstan və Rusiyada yaşayan soydaşlarımızla bağlı məsələ qaldırıldı
- Son 5 ildə neçə nikahdankənar uşaq doğulub?
