Pleyeri seçin:

Dünyamin Xəlilov yenidən məhkəmədə | Milyonlarla pul mənimsəyən keçmiş deputat

19 dekabr 2023 497 baxış

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin keçmiş vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətməkdə ittiham olunan sabiq deputat Dünyamin Xəlilov və onun tanışı Azad Cavadovun işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə ittiham aktında göstərilən müəyyən epizodlara aydınlıq gətirilib. Bununla yanaşı, müdafiə tərəfi məhkəməyə əlavə sənədlər təqdim etməklə çıxış üçün vaxt istəyib. Bunu nəzərə alan hakim növbəti prossesi dekabrın 22-nə təyin edib.

Qeyd edək ki, ittiham aktına görə, Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə cinayətkar qrup yaradaraq, rəhbərlik etdikləri “Bakı Fındıq Emalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib və həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan çox məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib. 

Banner

#Dünyamin Xəlilov teqi istifadə olunub

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR

Cəmiyyət
10 oktyabr 2026 497 baxış
Siniflər birləşdirildi, yüksək bal toplayan müəllim niyə kənarda qaldı? - Baku TV CANLI

Siniflər birləşdirildi, yüksək bal toplayan müəllim niyə kənarda qaldı? - Baku TV CANLI

Cəmiyyət
10 oktyabr 2026 497 baxış
Vahid məktəbli formasının əsas məqsədi... | Ekspertlər məsələyə münasibət bildirdi - Baku TV

Vahid məktəbli formasının əsas məqsədi... | Ekspertlər məsələyə münasibət bildirdi - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 497 baxış
Həftəsonu üçün plan quran sakinlərə hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI

Həftəsonu üçün plan quran sakinlərə hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
10 oktyabr 2026 497 baxış
“Dedi ki, burada mənəm, Bağdadda kor xəlifə!” | Ferma sakinlərin başına oyun açır? - Baku TV

“Dedi ki, burada mənəm, Bağdadda kor xəlifə!” | Ferma sakinlərin başına oyun açır? - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 497 baxış
“Bu, çox ciddi məsələdir” | Pensiyalarla bağlı yeni qayda məbləğə necə təsir edəcək? - Baku TV

“Bu, çox ciddi məsələdir” | Pensiyalarla bağlı yeni qayda məbləğə necə təsir edəcək? - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 497 baxış
“Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV

“Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 497 baxış
Gecə yemək kökəldir: həqiqət, yoxsa mif? - Piylənmə hansı xəstəliklərin riskini artır? - BAKU MED

Gecə yemək kökəldir: həqiqət, yoxsa mif? - Piylənmə hansı xəstəliklərin riskini artır? - BAKU MED

Cəmiyyət
10 oktyabr 2026 497 baxış
“Hədələyirlər, təzyiq göstərirlər ki...” | Məktəbdə qalmaqal: müəllim niyə fəryad edir? - Baku TV

“Hədələyirlər, təzyiq göstərirlər ki...” | Məktəbdə qalmaqal: müəllim niyə fəryad edir? - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 497 baxış
Sürücülərin nəzərinə | Paytaxtın hansı ərazilərində nəqliyyatda dəyişiklik olacaq? - Baku TV CANLI

Sürücülərin nəzərinə | Paytaxtın hansı ərazilərində nəqliyyatda dəyişiklik olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 oktyabr 2026 497 baxış
Seçilmişlər
icon