Dünyasını dəyişən 24 yaşlı əsgərlə bağlı detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 24-də ordumuzun hərbi qulluqçusu Camal Hüseynov odlu silahdan açılan atəş nəticəsində ölüb.
24 yaşlı Camal Hüseynovla bağlı bəzi detallar məlum olub. O, Bakı şəhəri Səbail rayonunda yerləşən 50 saylı orta məktəbdə təhsil alıb.
Camal Hüseynov qəbul imtahanında 573 bal toplayaraq Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına qəbul olub. Daha sonra Dövlət İqtisad Universitetində magistr təhsili alıb. Təhsil aldığı illərdə marketlərdən birində çalışıb.
Həlak olan hərbi qulluqçunun atası da bir müddət əvvəl vəfat edib. Camal Hüseynovun bir bacısı var.
Hadisə ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
