DYP-dən kəskin hava ilə bağlı sürücülərə müraciət
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə, eləcə də bütün hərəkət iştirakçılarına müraciət edib.
Qurum verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi formada riayət etməyi xahiş edib.
“Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərini, həmçinin ikitəkərli bütün növ nəqliyyat vasitələrini idarə edənlərin daha da məsuliyyətli olmalarını, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamamağı, daşıdıqları yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməsini, piyadalara qarşı isə yolu keçərkən sürücülər tərəfindən diqqəti artırmağı xahiş edirik”, – İdarədən bildirilib.
#Bakı teqi istifadə olunub
