Pleyeri seçin:

Əhalinin nəzərinə | Yanğınla bağlı bu qaydalara əməl edilməlidir

18 iyun 2024 387 baxış

Fövqəladə Hallar Nazirliyi taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

FHN-dən verilən məlumata görə, müraciətdə bildirilib ki, taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, tez alışma xassəsinə malik olan taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacib şərtlərindəndir:

“Yuxarıda qeyd olunanları və biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, FHN əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak edən şəxslərə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bildirir, bununla bağlı sadə və zəruri qaydaları bir daha xatırladır:

- taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır!

- yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir;

- taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir;

- biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir;

- işdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır!

- tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;

- əkin sahələri ilə meşə sahəsi, avtomobil yolları və dəmiryol xətləri arasında mühafizə zolağı yaradılmalıdır;

- yanğın baş verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar məlumatlandırılmalı, əlaltında olan ilkin yanğınsöndürmə vasitələri ilə (odsöndürən, su, torpaq, qalın parça materialı və s.) yanğını söndürməyə çalışılmalı və “112” qaynar xəttinə məlumat verilməlidir”.

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 387 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 387 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 387 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 387 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 387 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 387 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 387 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 387 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 387 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 387 baxış
Seçilmişlər
icon