Əhaliyə hava ilə bağlı xəbərdarlıq edildi | Hava haqqında məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, havanın maksimal temperaturu 32-37 dərəcə isti olacaq. Bölgələrdə də yağıntılı hava şəraiti fasilələrlə iyunun 21-i axşamadək davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılarla əlaqədar bəzi çaylarda sululuğun artacağı, dağlıq çaylardan isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Bəzi bölgələrdə, o cümlədən Qobustan, Xaçmaz, Siyəzən, Şabran, Xızı və bəzi rayonlarda sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 21 m/s, Goranboy, Mingəçevir, Şəmkir rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürətinin 28 m/s-dək çatacağı gözlənilir.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
