Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevdən gözlənilən Söyüdlü açıqlaması
Yeniliklərdən dərhal xəbərdar olun
“Baş nazirin 21 iyun 2023-cü il tarixli Sərəncamı ilə Söyüdlü kəndində vəziyyəti araşdırmaq üçün Komissiya yaradılıb. Ayın 22-də kənd sakinləri, zavod nümayəndələri ilə görüşlər keçirilib, texnoloji proseslərə baxmışıq. Narahatlıq doğuran gölün monitorinqini apardıq. Monitorinq işlərinə ayın 22-dən başlanılıb. Komissiyanın tərkibində olan bütün qurumlar müxtəlif istiqamətlər üzrə monitorinqlər həyata keçiriblər”.
Bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.
O qeyd edib ki, ilkin nəticələr haqqında kənd sakinlərinə məlumat verilib: “Sakinlərin narahatlığı var idi ki, havanın tərkibində çirkləndirici maddələr çox olub. Çalışdıq ki, ilk gündən hava keyfiyyətinin yoxlanılması ilə bağlı ictimaiyyətə məlumat çatdıraq”.
#Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi teqi istifadə olunub
- ”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV
- “Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
- ETSN və FHN vətəndaşları məsuliyyətli davranmağa cağırıb - Baku TV
- Nazir müavini plastik tullantıların idarə edilməsinin vacibliyini vurğuladı - Baku TV
- "Hamısını kəsib-doğrayıblar, üstünü də torpaqla..." | "Ağ Şəhər” ərazisində nə baş verib? - Baku TV
