Pleyeri seçin:

Əlahiddə Ümumqoşun Ordu təlimdə

04 iyul 2023 115 baxış

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib. Məqsəd komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbuletmə üzrə bacarıqlarının və bölmələrin daim döyüşə hazırolma vərdişlərinin təkmilləşdirilməsidir.

Döyüş həyəcan siqnalı ilə qaldırılaraq cəmləşmə və döyüş təyinatı rayonlarına çıxarılan birləşmə, hissə və bölmələr atəş və start mövqeləri tutduqdan sonra ərazidə maskalanma və mühafizə tədbirlərini yerinə yetiriblər.

Təlim zamanı səhra rabitə qovşağının ərazidə açılması praktiki olaraq məşq etdirilib. Aviasiya bölmələrinin təlimə hazırlıq məruzələri dinlənildikdən sonra “Mİ-17” nəqliyyat-döyüş helikopterlərindən yer hədəflərinə müxtəlif döyüş manevrləri ilə hücum məşq etdirilib. Təlimə cəlb edilən hava hücumundan müdafiə bölmələri müxtəlif hündürlük diapazonununda fəaliyyət göstərən hava düşməninin zərbələrinin dəf edilməsi üzrə tapşırıqları icra edib.

Komandir və döyüş heyətlərinin real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə Ordu aviasiyası praktiki uçuşlarla hava düşmənini təqlid edib.

Radiotexniki bölmələrin kəşfiyyat vasitələri ilə düşmən hədəfləri aşkarolunma həddinə çatdıqda əldə olunan məlumatlar komanda məntəqəsinə ötürülüb. Döyüş heyətlərinin hava hücum vasitəsinin dövlət hava sərhədinə uçub çatma vaxtı və zenit-raket divizionlarınn məhvetmə zonasına girmə ardıcıllığı üzrə hesabatlar aparılıb. Döyüş tapşırığına əsasən, zenit-raket bölmələrinin komanda məntəqəsi hədəflərin aşkarlanması, izlənməsi və məhv edilməsi üzrə fəaliyyətləri yerinə yetirib.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə artilleriya və minaatan bölmələri şərti düşmən hədəflərini aşkar edərək sərrast atəşlə məhv edib.

Təlimdə döyüş tapşırıqlarının qısa zaman ərzində qətiyyət və uğurla yerinə yetirilməsi nəticəsində bölmələrin uzlaşmış fəaliyyətinə və komandirlərin bölmələri idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə nail olunub.

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 115 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 115 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 115 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 115 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 115 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 115 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 115 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 115 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 115 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 115 baxış
Seçilmişlər
icon