Əlahiddə Ümumqoşun Ordusunda avtomobil texnikalarına baxış keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Baxış-müsabiqəsində qış aylarında bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılması, eləcə də şəxsi heyətin soyuq iqlim şəraitində gecə və gündüz heç bir çətinlik çəkmədən xidmət aparması üçün istismarda olan arxa təminatı avtomobil texnikalarının sazlığı yoxlanılıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi qulluqçuların yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularının, səyyar soyuducuların, səyyar tipli çörək zavodlarının, su çənlərinin və səhra mətbəxlərinin cəlb edildiyi baxış-müsabiqəsində texnikalara gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığına, onların texniki göstəricilərinin yüksək səviyyədə saxlanılmasına, həmçinin təlimata uyğun istifadə və istismar olunmasına xüsusi diqqət yetirilib. Baxış-müsabiqəsinin sonunda ən yaxşı nəticəni göstərən hərbi hissələr mükafatlandırılıb.
#Əlahiddə Ümumqoşun Ordu teqi istifadə olunub
- Hərbi hissələrdə xidmət və sosial şəraitə xüsusi diqqət göstərilir - Baku TV
- İlham Əliyev və Mehriban Əliyeva Naxçıvanda hərbi mərasimdə iştirak ediblər - Baku TV
- ƏÜO-da “Həyəcan” siqnalı | Bölmələrə tapşırıq verildi, “düşmən” məhv edildi
- Hərbi qulluqçularımız "Qış təlimi-2025"i uğurla başa vurdu
- Raket və artilleriya bölmələrinə tapşırıq verildi | MN-dən anbaan görüntülər
