Elə leysan yağışları və qar olacaq ki... | Hava haqqında məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Sabahdan bəzi rayonlara yağış və qar yağacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq mayın 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Bakıda və Abşeron yarımadasında da mayın 2-si gündüz cənub-qərb küləyinin mayın 3-ü gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
