Pleyeri seçin:

Əlimi açıb yalvarırdım ki... | Düşmənə qan udduran şəhid Ruslan Sadıqovun anası

07 noyabr 2024 514 baxış

Vətən müharibəsinin tarix yazan şəhidlərindən biri də Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq noyabrın 7-də şəhadətə ucalan Ruslan Sadıqovdur.

2020-ci il noyabrın 6-da Ruslan Şuşadan valideynlərinə zəng edib, sağollaşanda onlardan növbəti zəngini gözləməklərini istəyib.

Noyabrın 8-i Azərbaycan xalqı 30 ilə yaxın gözlədiyi şad xəbəri alıb. Nəhayət, Şuşa azaddır.

Ruslan Sadıqovun ailəsi isə qələbə xəbərini ürəkdolusu yaşaya bilməyib. Nə qədər gözləsələr də, ondan nə bir zəng gəlib, nə də bir xəbər.

Oğlunun qəhrəmanlığından danışan şəhidin anası Qaragöz Abdullayeva Ruslanın onlara həmişə başucalığı gətirdiyini deyib.

“Şuşa döyüşlərində sona qədər, son nəfəsinə kimi döyüşdü. O bizi yox, Vətəni özünə ana seçdi. Mən bir şeyin həsrətini çox çəkirdim. O harada vəfat edibsə, həmin vurulduğu yerə getmək istəyirdim.

Ruslanın bir iş yoldaşı ilə oğlumun vuruşduğu dağın başına çıxdıq. O uşaq məni həmin yerə çıxarana kimi nələr çəkdi. Təsəvvür edin, o ucqar dağın başına qalxmaq üçün iməklədik. Eyni yerdə eyni dəstənin üzvləri 4 nəfər orada rəhmətə gediblər.

Elə bil ki, bu, bir az mənə təsəlli oldu, ürəyim sakitləşdi. Mən onun vurulduğu yerdən bir ovuc torpağını, bir dəstə də gülünü gətirmişəm”, – deyə Q.Abdullayeva bildirib.

Ruslan Sadıqov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Döyüş dostlarının dediyinə görə, Ruslan şəhid olmazdan əvvəl iki dəfə “Azərbaycan, Azərbaycan” kəlməsini deyərək gözlərini yumub.

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 514 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 514 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 514 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 514 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 514 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 514 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 514 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 514 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 514 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 514 baxış
Seçilmişlər
icon