Pleyeri seçin:
Elm və təhsil naziri tədris prosesində görüləcək işlərdən danışdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Gələcəkdə tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənninin tədris müddəti həftəlik 3 saatdan 4 saata artırıla bilər”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, hamı istədiyi dildə təhsil almaqda sərbəstdir:
“Biz Azərbaycan dili fənninin dərs saatlarını 2-dən 3-ə artırmışdıq. Amma lazım gələrsə, növbəti illərdə xarici dillərdə dərslərin tədris olunduğu siniflərdə Azərbaycan dili fənninin dərs saatları daha da artırılacaq. Hamı istədiyi dildə təhsil almaqda sərbəstdir. Amma təhsildə əsas məqsədlərimizdən biri də ana dilimizi unutmamaqdır”.
Kopyalandı
#Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi teqi istifadə olunub
- Yeni yanaşma məzunların iş tapmaq problemini həll edə bilərmi? - Baku TV
- Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək
- Süni intellekt müəllimləri əvəzləyir? - "OpenAI" ilə əməkdaşlıq tədrisdə nəyi dəyişəcək? - Baku TV
- Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
