Elman Paşayev nədə ittiham olunur? | Saxlanılması barədə detallar
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada keçmiş vəkil Elman Paşayev barəsində cinayət işi açılıb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, saxlanılan azərbaycanlı sabiq vəkilə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə, yəni külli miqdarda dələduzluqla bağlı iş açılıb.
İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında E.Paşayev iş adamı Aleksey Blinovskini inandırıb ki, külli miqdarda pul müqabilində onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər. Razılaşma əldə olunandan sonra E.Paşayev A.Blinovskidən külli miqdarda pul alıb.
Qeyd edək ki, Elman Paşayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır. Keçmiş vəkilin ittiham olunduğu maddə üzrə 1 milyon rubl həcmində cərimə olunmaqla, 10 ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
