Ən faydalı çörək növü hansıdır? | Əgər heç çörək yeməsəniz...
Çörək ən çox istehlak edilən qidalar sırasındadır.
Bəs çörək yemək lazımdırmı? Bu sualın düzgün cavabı hər kəsi maraqlandırır.
Bəzi mütəxəssislər ağ çörək istehlakının son dərəcə zərərli, bəziləri isə onun yaxşı bir karbohidrat mənbəyi olduğunu və çörəksiz həyatın bədəndə başqa problemlər yarada biləcəyini iddia edirlər.
Aparılan araşdırma və ekspert rəylərinə uyğun olaraq, ən sağlam çörək növü müəyyən edilib. Söhbət həm xolesterin, həm də şəkər xəstəliyinə qarşı dərman ola biləcək einkorn çörəyindən gedir.
Onun özünəməxsus bir dadı var və özündə unikal qida profilini ehtiva edir. O, einkorn unundan hazırlanır. Tərkibində az miqdarda qlüten var. Həzm sistemini dəstəkləyən einkorn müasir buğda ilə müqayisədə daha təsiredici qida profilinə malikdir.
Diyetoloqlar einkornu hər kəs üçün arzuolunan çörək növü ola biləcəyini qeyd edirlər.