Ərazilərimizdəki mina və sursatlar belə zərərsizləşdirildi | MN-dən görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin may ayı ərzində azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 254 hektardan çox ərazi minalardan tam təmizlənib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
İşğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 37 583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10 463 ədəd piyada əleyhinə, 3318 ədəd tank əleyhinə mina və 12 814 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Əsas səylərin azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldildiyi mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
