Pleyeri seçin:

Ərim qorxusundan ayrıldı | Nəbibə Həsənova SSRİ-də vəzifə almaq üçün nə etməli oldu? - O VAXTLAR

26 oktyabr 2024 394 baxış

“O vaxtlar” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayı Novxanı sakini, ötən əsrin 60-cı illərində Azərbaycanda yerli sənaye və məişət xidməti naziri olan Nəbibə Həsənovaya həsr olunub.

92 yaşlı N.Həsənova çətin həyat yolundan söz açıb:

“Ailədə 3 bacı, 1 qardaş olmuşuq. Qardaşım tez evləndi və ard-arda 3 oğlu oldu. Mən də o vaxtlar 7-ci sinifdə oxuyurdum. Qardaşım dedi ki, dərsə getmə, uşaqlara bax. Amma ondan gizli oxuyub məktəbi bitirdim. Moskvada institutu da bitirəndən sonra Azərbaycana qayıtmalı oldum, yəni özləri göndərdilər. Çünki həmin dövrdə qadın evli olmasa, ona yüksək vəzifə vermirdilər”.

N.Həsənova 1955-ci ildə Moskva Yüngül Sənaye Texnologiya İnstitutunu bitirdikdən sonra təyinatla Əli Bayramov adına fabrikə mühəndis-mexanik göndərilir. 1961-ci ildə onu nazir müavini, 1963-cü ildə isə nazir təyin edirlər. Lakin ona vəzifə verilməsi üçün ailə qurması şərt idi. Buna görə də N.Həsənova qonşuluqda yaşayan diş həkimi ilə ailə qurur.

Bir gün o, həyat yoldaşına baş çəkmək üçün klinikaya gedir və bu zaman gözləmədiyi mənzərə ilə qarşılaşır:

“Klinikaya gedəndə gördüm ki, yoldaşım bir qadının dizinin üstündə oturub. Bu hadisədən sonra qorxusundan məndən ayrıldı. Ona dedim ki, sən məni necə yandırmısansa, mən də səni elə yandıracağam”.

Karyerası müddətində N.Həsənovaya mane olmaq istəyənlər çox olub. Xüsusən də ermənilər bu işdə aktivlik göstəriblər. Amma N.Həsənova bir gündə 12 erməni müdirini işdən azad edib və bu, ölkədə sensasiya doğurub.

“Fabrikdə işləyərkən erməniləri işsiz qoydum. Onlarla başabaş işləmək mənim üçün çətin deyildi. Heç vaxt da rüşvət almamışam”, – deyə N.Həsənova bildirib.

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 394 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 394 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 394 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 394 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 394 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 394 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 394 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 394 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 394 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 394 baxış
Seçilmişlər
icon