“Ermənilər atamı ot yığan yerdə qətlə yetirdilər” - Qərbi Azərbaycan Xronikası
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Erməni zülmü və xəyanəti – Həsənovlar ailəsinin dramı” adlı veriliş Qərbi Azərbaycandan deportasiya edilmiş, Göyçə mahalının Kəvər (Kamo) rayonunun Ağzıbir kənd sakini Səlvi Həsənovanın həyat hekayəsinə həsr olunub.
Onun sözlərinə görə, 1950-ci ildə kənd əhalisi məcburən köçürülüb: “Evlərin qabağında əsgərlər və hərbi maşınlar dayanırdı. Bütün hamını yük maşınına doldurdular və İrəvana gətirdilər. Oradan Ağdaşın Aralbir və Xosrov kəndlərinə yolladılar”.
S.Həsənova atasının ermənilər tərəfindən güllələndiyini, bibisinin qaçaqaç vaxtı itkin düşdüyünü, qardaşının isə xəstəxanada öldürüldüyünü söyləyib: “Atam Rəhim kişi ot tayasını yığanda güllə ilə vurmuşdular. Atamı öldürmək, aradan götürmək fikirləri var idi. Amma ot tayası onun həyatını xilas etdi. Bibim də 15-16 yaşında qaçaqaçda itkin düşmüşdü. Atam elə hey ağlayırdı, nə qədər axtardı, bacısını tapa bilmədi. Qardaşım Mehdi İrəvana xəstəxanalara getdi. Onu Şahinyan adlı həkim əməliyyat etdi. Vəziyyəti ağırlaşanda yenidən ikinci əməliyyata götürdülər. Bütün bağırsaqları, daxili orqanlarının hamısı çirk etmişdi. Ondan sonra qardaşıma əlac etmək mümkün olmadı”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
