Erməniləri dəstəkləyən iş adamı xarici agent elan edildi
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən həm ruhən, həm də pullarımla ermənilərin tərəfindəyəm” deyən rusiyalı iş adamı xarici agent elan edilib.
Rusiya Ədliyyə Nazirliyi “Anderson” kafelər şəbəkəsinin təsisçisi Anastasiya Tatulovanı xarici agentlərin reyestrinə əlavə edib.
Bildirilir ki, o, müəyyən bir xarici mənbənin təlimatı ilə Rusiya və ölkə ordusu haqqında mənfi imic yaratmağa yönələn yalan məlumatlar yayıb.
Qeyd edək ki, 2020-ci ildə Tatulova Ermənistan-Azərbaycan münaqişəsində həm fikirləri, həm də pulu ilə Ermənistanın tərəfində olduğunu bildirib. Onun bu paylaşımından sonra Bakıda fəaliyyət göstərən “Cafe Anderson” adını dəyişərək bu brendlə bütün əlaqələri və əməkdaşlığı tamamilə dayandırıb. Sonradan Tatulovanın özü də kütləvi yoxlamaların ardından “Anderson” kafelər şəbəkəsini satıb. Bundan bir qədər əvvəl isə o, Sahibkarların Müdafiəsi üzrə Ombudsman vəzifəsini tərk edib.
