Ermənistanın Bərdədə törətdiyi müharibə cinayətinin ildönümü
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutmasından 4 il ötür.
Vətən müharibəsinin gedişində 2020-ci il oktyabrın 5-də Bərdə şəhəri atəşə tutulub. Bərdənin mərkəzinə və mərkəzi xəstəxananın yaxınlığına düşən raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
2020-ci il oktyabrın 5-də Ermənistan Gəncə şəhərini də atəşə tutub. Səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın 2-ci ən böyük şəhərinə atılan raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, Yevlax avtovağzalı adlandırılan əraziyə və Mərkəzi bazara düşüb. Nəticədə 3 mülki şəxs yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
2020-ci il oktyabrın 5-də Ermənistan silahlı qüvvələri tərəfindən Beyləqan şəhərinə də 2 ədəd raket atılıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.
Həmin gün Bərdə, Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl və Tərtər rayonları da atəşə məruz qalıb.
#Vətən müharibəsi teqi istifadə olunub
- Qubadlı əməliyyatının az bilinən detalları - QARABAĞ XRONİKASI
- Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- “1 yaşında qurban kəsəcəkdim” | Gəncəyə ən ağır raket hücumu | “Bir gecənin içində 5 şəhidimiz oldu”
- Ermənistanın Gəncəni üçüncü dəfə bombalamasından 6 il ötür - Baku TV
