Faktiki hava şəraiti açıqlandı | Hava haqqında məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Yağıntılı qeyri-sabit hava şəraiti oktyabrın 22-si gündüzədək davam edəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Mülayim qərb küləyi üstünlük təşkil edəcək.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-15, Aran rayonlarında 15-18, dağlıq ərazilərdə isə 3-5 dərəcə isti olacaq.
Oktyabrın 22-si gündüz saatlarından yağıntıların tədricən kəsiləcəyi, 23-də əksər bölgələrdə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu bu günlərlə müqayisədə oktyabrın 23-dən tədricən yüksələcək.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
