Fazil Mustafa terroru ilə bağlı mühüm detal
Yeniliklərdən dərhal xəbərdar olun
Millət vəkili Fazil Mustafaya qarşı terror işində yeni detallar ortaya çıxıb.
Məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılanlar arasında deputat Fazil Mustafanı terrorla öldürəcəkləri barədə İrandan təhdid edən Hüseyn Hüseynovun qardaşı Həsən Hüseynov da var.
Belə ki, Həsən Hüseynov Tural Məmmədovu İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində maliyyələşdirib.
Qeyd edək ki, T.Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, həmçinin tapşırılan ünvanlarda İrandan göndərilən, hava məkanında obyektlərin hərəkət trayektoriyasını müşahidə edən xüsusi qurğu ilə gizlin videoçəkilişlər apardığına görə həbs edilib.
Araşdırma zamanı o da məlum olub ki, H.Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.
#Fazil Mustafa teqi istifadə olunub
- "Bu, tamamilə yersizdir" | Fazil Mustafadan Naxçıvanın statusu ilə bağlı təklif - Baku TV
- Zəngəzur dəhlizi bu quruculuğun əsas hədəfidir | Fazil Mustafa - Baku TV
- “Dövlət qurumları özünü sığortalayıb” | Deputatdan qəzalı binalarla bağlı sərt irad
- MM-də Gürcüstan və Rusiyada yaşayan soydaşlarımızla bağlı məsələ qaldırıldı
- Son 5 ildə neçə nikahdankənar uşaq doğulub?
