Fazil Mustafanı güllələyən şəxsin kimliyi bilindi
Yeniliklərdən dərhal xəbərdar olun
Deputat Fazil Mustafaya qarşı törədilən silahlı hücumun təşkilatçısı və iştirakçıları məlum olub.
İlkin məlumata görə, hücumun təşkilatçısı Səricanov Azər Kamran oğludur. 1976-cı ildə Salyanda anadan olub. 1993-2002-ci illərdə Qum şəhərində yaşamaqla orada təhsil alıb, həmin müddətdə İran İslam Respublikasının xüsusi xidmət orqanları onu əməkdaşlığa cəlb edib. Azərbaycana qayıtdıqdan sonra İranın xüsusi xidmət orqanlarının maliyyə dəstəyi ilə xeyriyyəçilik adı altında ölkədə biznes fəaliyyəti qurub. Sonrakı müddət ərzində dəfələrlə İrana səfər edib. Həmin ölkənin xüsusi xidmət orqanlarından aldığı sifariş əsasında məlum cinayətin törədilməsinin maliyyə və təşkilatı işlərini təmin edib.
Hadisə zamanı deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğludur. 1986-cı ildə Ağdamda anadan olub. Əvvəllər dəfələrlə İrana səfər edib, orada olduğu müddətdə həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub və döyüş hazırlığı keçib. A.Səricanovdan aldığı təlimat əsasında məlum cinayəti icra edib.
Dəstənin digər üzvü Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakıda anadan olub. Əvvəllər dəfələrlə İrana səfər edən Elşad Əsgərov məlum cinayətin törədilməsinin təşkilində A.Səricanova kömək edib. Əliyarov Emin Rafiq oğlu isə 1970-ci ildə Bakıda anadan olub. Əvvəllər dəfələrlə İrana səfər edib. Məlum cinayətin törədilməsinin təşkilində o da A.Səricanova köməklik göstərib.
#Fazil Mustafa teqi istifadə olunub
- "Bu, tamamilə yersizdir" | Fazil Mustafadan Naxçıvanın statusu ilə bağlı təklif - Baku TV
- Zəngəzur dəhlizi bu quruculuğun əsas hədəfidir | Fazil Mustafa - Baku TV
- “Dövlət qurumları özünü sığortalayıb” | Deputatdan qəzalı binalarla bağlı sərt irad
- MM-də Gürcüstan və Rusiyada yaşayan soydaşlarımızla bağlı məsələ qaldırıldı
- Son 5 ildə neçə nikahdankənar uşaq doğulub?
