Fazil Mustafaya qarşı silahlı hücum edənlər hakim qarşısında
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin komitə sədri Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə ilkin olaraq ötən prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin, məhkəmə heyətinə etirazı ilə bağlı vəsatətlərin təmin edilməməsi haqda qərar elan edilib.
Bundan sonra ibtidai istintaq zamanı cinayət işinə əlavə edilmiş sənədlərin tədqiq edilməmiş hissəsi başa çatdırılaraq məhkəmə istintaqının yekunlaşdırılması ilə bağlı etirazların olmamasını nəzərə alan hakim heyəti növbəti prosesdə çıxışların olacağını elan edib.
Gələn həftə isə ilk çıxışda prokuror təqsirləndirilən şəxslərin azadlıqdan məhrum edilməsi ilə bağlı təklif təqdim edəcək.
#Fazil Mustafa teqi istifadə olunub
- "Bu, tamamilə yersizdir" | Fazil Mustafadan Naxçıvanın statusu ilə bağlı təklif - Baku TV
- Zəngəzur dəhlizi bu quruculuğun əsas hədəfidir | Fazil Mustafa - Baku TV
- “Dövlət qurumları özünü sığortalayıb” | Deputatdan qəzalı binalarla bağlı sərt irad
- MM-də Gürcüstan və Rusiyada yaşayan soydaşlarımızla bağlı məsələ qaldırıldı
- Son 5 ildə neçə nikahdankənar uşaq doğulub?
