Fazil Mustafaya qarşı silahlı hücum edənlərə ağır cəza istənildi
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatması ilə bağlı qərar qəbul edildikdən sonra dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
Prokuror Azər Səricanovun ömürlük, Rəşad Əhmədov, Səbuhi Şirinov və Elşad Əsgərovun hər birinin 20, Emil Əliyarovun isə 5 il azadlıqdan məhrum edilməsini təklif edib.
Zərərçəkən deputatın nümayəndəsinin çıxışından sonra təqsirləndirilənlərin vəkilləri müdafiə çıxışlarını edərək dövlət ittihamçısının təklif etdiyi cəzaların ağır olmasına iradlarını bildiriblər. Təqsirləndirilən Rəşad Əhmədovun vəkili isə çıxışa hazır olmadığı üçün növbəti prosesədək vaxt istəyib.
Məhkənin növbəti iclası avqustun 7-nə təyin edilib.
#Fazil Mustafa teqi istifadə olunub
- "Bu, tamamilə yersizdir" | Fazil Mustafadan Naxçıvanın statusu ilə bağlı təklif - Baku TV
- Zəngəzur dəhlizi bu quruculuğun əsas hədəfidir | Fazil Mustafa - Baku TV
- “Dövlət qurumları özünü sığortalayıb” | Deputatdan qəzalı binalarla bağlı sərt irad
- MM-də Gürcüstan və Rusiyada yaşayan soydaşlarımızla bağlı məsələ qaldırıldı
- Son 5 ildə neçə nikahdankənar uşaq doğulub?
