Fazil Mustafaya qarşı silahlı hücumda İran izi
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 28-də millət vəkili Fazil Mustafanın yaşadığı evin qarşısında güllələnməsi bir sıra məqamları gündəmə gətirdi.
Birincisi, bu hadisə İranın Azərbaycana qarşı növbəti terror aktı kimi dəyərləndirilir. Bu məqamda Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu xatırlatmaq yerinə düşər. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirir, iki nəfər yaralanır. Qısası, eyni silah, eyni niyyət, eyni terror aktı.
Düzdür, hüquq-mühafizə orqanları hadisə ilə bağlı hələ ki rəsmi versiya açıqlamasalar da, bir sıra amillər deputata qarşı sui-qəsdin gerçkləşdirilməsində məhz İranın sifarişçisi olduğunu göstərir. Bunu həm sosial şəbəkələrdə yayılan status və rəylərdə, eləcə də SEPAH-a bağlı olan “Telegram” kanalında hadisədən öncə yayılan informasiyalarda görmək mümkündür.
Millət vəkili Hikmət Baboğlunun sözlərinə görə, siyasi, dini şüurumuzun obyektiv əsaslarla formalaşmasında böyük rolu olan Fazil Mustafaya qarşı törədilən sui-qəsddə və Azərbaycanın Tehrandakı səfirliyində törədilən terrorda eyni silahdan – “Kalaşnikov”dan istifadə edilməsini gözardı etmək olmaz.
#Fazil Mustafa teqi istifadə olunub
- "Bu, tamamilə yersizdir" | Fazil Mustafadan Naxçıvanın statusu ilə bağlı təklif - Baku TV
- Zəngəzur dəhlizi bu quruculuğun əsas hədəfidir | Fazil Mustafa - Baku TV
- “Dövlət qurumları özünü sığortalayıb” | Deputatdan qəzalı binalarla bağlı sərt irad
- MM-də Gürcüstan və Rusiyada yaşayan soydaşlarımızla bağlı məsələ qaldırıldı
- Son 5 ildə neçə nikahdankənar uşaq doğulub?
