Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı 4 nəfər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb. Bakının bir neçə istiqamətində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir.
Bununla bağlı Baku TV-nin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd hadisəsi ilə əlaqədar 4 nəfər saxlanılıb.
Xatırladaq ki, martın 28-də saat 21:51-də Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılıb. Hadisə nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.
#Fazil Mustafa teqi istifadə olunub
- "Bu, tamamilə yersizdir" | Fazil Mustafadan Naxçıvanın statusu ilə bağlı təklif - Baku TV
- Zəngəzur dəhlizi bu quruculuğun əsas hədəfidir | Fazil Mustafa - Baku TV
- “Dövlət qurumları özünü sığortalayıb” | Deputatdan qəzalı binalarla bağlı sərt irad
- MM-də Gürcüstan və Rusiyada yaşayan soydaşlarımızla bağlı məsələ qaldırıldı
- Son 5 ildə neçə nikahdankənar uşaq doğulub?
