FHN-dən əhaliyə hava ilə bağlı xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi (FHN), ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti (leysan yağışlar, sel, daşqın, güclü külək və şimşək) ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına dair vacib müraciət yayıb. Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsaslanan müraciətdə vətəndaşlara təhlükədən qorunmaq üçün konkret tövsiyələr verilir. Vurğulanır ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq və təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxmaq lazımdır. Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalardan, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağacların altından uzaq durmaq tövsiyə edilir. İldırımdan qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq və mobil telefonla danışmamaq kimi qaydalara ciddi riayət edilməlidir.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- Bakıda yaşayış binasında dəhşətə gətirən yanğın baş verdi - Baku TV CANLI
- Bakıda yaşayış binasında qorxulu anlar yaşandı | Hadisə yerindən görüntülər - Baku TV
