FHN-dən təcili xəbərdarlıq | Bunlar avtomobillərdə yanğına səbəb olur!
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı sürücülərə müraciət edib.
Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, son dövrlər avtonəqliyyat vasitələrində baş vermiş yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili onu göstərir ki, avtomobilin elektrik sistemindəki nasazlıq, yanacaq sistemində sızmalar, bəzi hissələrin yüksək temperaturu, habelə avtomobildə siqaret çəkilməsi bu yanğınların əsas səbəblərindəndir:
“Təəssüflə qeyd edilməlidir ki, təkcə 2025-ci ilin birinci rübü ərzində ölkə ərazisində avtonəqliyyat vasitələrində yanğınla bağlı “112” qaynar telefon xəttinə 108 məlumat daxil olub və yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitəsi sahiblərinə və sürücülərinə müraciət edərək müvafiq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Nəzərə alınmalıdır ki, avtomobilin salonunda siqaret çəkmək təhlükəlidir! Həmçinin hər bir avtomobil odsöndürən balonla təchiz edilməli və balonun saz və istifadəyə yararlı olması daim nəzarətdə saxlanılmalıdır. Odsöndürən balon sürücü üçün əlçatan yerdə saxlanılmalıdır.
Avtomobildə alışma və ya yanğınla bağlı hər hansı əlamət hiss edərkən dərhal onu dayandırın və mühərriki söndürün. “112” qaynar telefon xəttinə məlumat verin”.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- Bakıda yaşayış binasında dəhşətə gətirən yanğın baş verdi - Baku TV CANLI
- Bakıda yaşayış binasında qorxulu anlar yaşandı | Hadisə yerindən görüntülər - Baku TV
