Fitrə zəkatı necə və nə qədər verilməlidir? - İlahiyyatçılar deyir ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Mart ayının 30-u Ramazan bayramıdır. Bu ayın vacib əməllərindən biri fitrə zəkatının verilməsidir.
Belə ki, qaydaya uyğun olaraq insanlar fitrə zəkatını bayram namazına qədər verməlidirlər. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur.
Bəs insanlar bunu nə vaxt etməlidirlər?
Fitrə zəkatının bayram namazından öncə çıxarılması məsləhətdir. İlahiyyatçılar belə düşünür. Bu zaman gündəlik əsas qida ehtiyacı nəzərə alınır. Yəni 10-15 manat kifayətdir.
Fitrə zəkatını imkanlı insanlar çıxarırlar. Yəni özü broyler yeyən şəxsin kiməsə mal əti almaq öhdəliyi yoxdur.
Varlı insanlar üçün səsləndirilən hədislərdən birində deyilir ki, Peyğəmbərimiz tutduğunuz orucun səmadan asılı vəziyyətdə olduğunu buyurub. Onu Allahın dərgahına qaldıran verdiyiniz sədəqələrdir. Sədəqə verən insanlar onu hədiyyə olaraq verməli, özlərini minnətli hala gətirməməlidirlər. Çünki minnətlə verilən sədəqələr batil olur.
