Formula 1 zamanı Bakıda hərəkət qaydaları | Çaşmamaq üçün bunları bilin! - NECƏ OLMALIDIR?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxtın nəqliyyat infrastrukturunda mühüm dəyişikliklər edilib. Baku TV-nin "Necə olmalıdır?" rubrikasında sürücülərin hərəkət qaydalarında çaşmaması üçün vacib məqamlar açıqlanıb. Məlumata görə, Şəmsi Bədəlbəyli küçəsində, Akademik Milli Dram Teatrından Heydər Əliyev Sarayına qədər olan hissədə avtobus zolaqları müvəqqəti olaraq ləğv edilib. Lakin sürücülər diqqətli olmalıdırlar ki, kəsişmədən sonra bu zolaqlar yenidən qüvvəyə minir. Bənzər dəyişikliklər "28 May" metrostansiyası yaxınlığı və Azadlıq prospektində də tətbiq olunub. Bundan əlavə, 28 May küçəsində parklanma yerlərinin sentyabrın 23-dək fəaliyyəti dayandırılıb. Yarış həftəsində cərimələrdən qaçmaq və tıxacda qalmamaq üçün yeni qaydaların təfərrüatları Baku TV-nin süjetində.
#Formula 1 teqi istifadə olunub
- Sürət və taktika mübarizəsinin qalibləri mükafatlandırıldı - Baku TV
- Bakı Şəhər Halqasında temp yüksəlir | Formula 1-in ikinci günündə nələr yaşandı? - Baku TV
- Formula 1 könüllüləri Bakıda tarix yazır
- "Həm işləyirlər, həm əylənirlər" | Yarışdakı komfortun altında hansı əziyyət dayanır? - Baku TV
- Dünyanın aparıcı pilotları Azərbaycan Qran-prisində gərgin mübarizəyə başladı - Baku TV
