Pleyeri seçin:

"Gecə boğuşurlar, səsləri evlə birdir" | Əhali qorxu içində | "İstədim ki, qaçım, yıxıldım üzüüstə"

23 sentyabr 2026

Gəncə şəhərinin Zülfü Hacıyev küçəsində yaşayan sakinlər ərazidə sahibsiz itlərin sayının artmasından şikayət edirlər.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, xüsusilə səhər və axşam saatlarında sahibsiz itlər ərazidə ciddi narahatlıq yaradır.

Bildirilir ki, heyvanlar hətta binaların bloklarına qədər daxil olur, uşaqlara və avtomobillərə hücum edirlər.

“Burada 40 ildən çoxdur yaşayıram. İndiyə qədər belə çox it görməmişdim. Evimizə rahat gəlib-gedə bilmirik. Bir dəfə nəvəmi it dişlədi. Müraciət etdik, amma baxan olmadı. İndi də özüm evə gələndə it üstümə cumdu, məni yerlə sürüdü”, – deyə sakinlərdən biri bildirib.

Sakinlərin sözlərinə görə, ərazidə çalışan bir şəxs sahibsiz itlərə mütəmadi olaraq qida verir. Onlar bunun heyvanların sayının artmasına səbəb olduğunu iddia edirlər. Sözügedən şəxs isə ittihamları qəbul etmir:

“İtlərə özüm yem verirəm, onlara nəzarət edirəm. Bunların hamısı qısırlaşdırılıb, peyvənd olunub. Uşaq daş atmasa, onları qıcıqlandırmasa, heç kimə hücum etməzlər”.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərdə sahibsiz küçə heyvanlarının sayının tənzimlənməsi, onların sağlamlığının qorunması və rifahının təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.

Qeyd edilib ki, bir müddət əvvəl Gəncə şəhər ərazisindən 350-yə yaxın sahibsiz küçə heyvanı toplanaraq Qaradağ rayonunda yerləşən ixtisaslaşmış sığınacağa yerləşdirilib.

Bildirilib ki, bu istiqamətdə işlərin növbəti aylarda da mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur. Həmçinin sahibsiz heyvanların sayının humanist üsullarla tənzimlənməsi məqsədilə onların qısırlaşdırılması, peyvəndlənməsi və baytarlıq müayinələrinin aparılması ilə bağlı aksiyalar təşkil edilir.

Xalça yuma şirkəti sakinin xalçasını niyə qaytarmır? - "Ucuz olanları gətirdilər ki..." - Baku TV

Xalça yuma şirkəti sakinin xalçasını niyə qaytarmır? - "Ucuz olanları gətirdilər ki..." - Baku TV

Cəmiyyət
23 sentyabr 2026
Gəncədə təşviş | Sakinlər küçəyə çıxmağa niyə qorxurlar? - Baku TV CANLI

Gəncədə təşviş | Sakinlər küçəyə çıxmağa niyə qorxurlar? - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026
Məşhur meyxanaçının çıxış etdiyi restoranda olanlar sakinləri özündən çıxardı - Baku TV CANLI

Məşhur meyxanaçının çıxış etdiyi restoranda olanlar sakinləri özündən çıxardı - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026
"Gecə 1-ə, 2-yə qədər orada..." | Namiq Mənanın meyxana dediyi restoranda nə baş verdi? - Baku TV

"Gecə 1-ə, 2-yə qədər orada..." | Namiq Mənanın meyxana dediyi restoranda nə baş verdi? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026
Yaşıl çayın düzgün istifadəsi çəkiyə nəzarətə dəstək ola bilər

Yaşıl çayın düzgün istifadəsi çəkiyə nəzarətə dəstək ola bilər

Cəmiyyət
23 sentyabr 2026
Xaricə getmək istədi, sərhəddə gözlənilməz məhdudiyyətlə üzləşdi - Baku TV CANLI

Xaricə getmək istədi, sərhəddə gözlənilməz məhdudiyyətlə üzləşdi - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026
Müdafiə sənayesinin yerli imkanları ayrıca pavilyonda nümayiş olunacaq - Baku TV

Müdafiə sənayesinin yerli imkanları ayrıca pavilyonda nümayiş olunacaq - Baku TV

Cəmiyyət
23 sentyabr 2026
SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - Baku TV

SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - Baku TV

Cəmiyyət
23 sentyabr 2026
Metro istifadəçiləri üçün mühüm dəyişiklik qüvvəyə minir - Baku TV

Metro istifadəçiləri üçün mühüm dəyişiklik qüvvəyə minir - Baku TV

Cəmiyyət
23 sentyabr 2026
Naxçıvanda əlilliyi olan şəxslər üçün yaradılan bərpa imkanları - Baku TV

Naxçıvanda əlilliyi olan şəxslər üçün yaradılan bərpa imkanları - Baku TV

Cəmiyyət
23 sentyabr 2026
Seçilmişlər
icon