Gənc İstedadlar Proqramının iştirakçıları SOCAR-da təcrübəyə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gənc İstedadlar Proqramının iştirakçılarının SOCAR-da təcrübəyə başlamaları münasibətilə tədbir keçirilib.
Tədbirdə SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevanın, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun çıxışları dinlənilib.
Bu günə qədər 175 məzunun proqramı yüksək göstəricilərlə tamamlayaraq, SOCAR-ın müəssisələrində müvafiq işlə təmin olunduğu diqqətə çatdırılıb.
2022-ci ildən indiyə qədər qaliblərdən 6 nəfərin “SOCAR Türkiyə” şirkətində işlə təmin edildiyi bildirilib. Ölkəmizin müxtəlif ali təhsil müəssisələri ilə yanaşı, BANM tələbələrinin də proqramdan faydalandığı diqqətə çatdırılıb. Ən uğurlu 4 mentora “2024-cü ilin ən uğurlu mentoru” mükafatları təqdim edilib.
Qeyd edək ki, 2025-ci il üzrə Proqramın təşkili üçün SOCAR-ın strukturuna daxil olan müəssisələrdən və SOCAR-ın törəmə müəssisələrindən müvafiq kvotalar əldə edilib və ona uyğun olaraq, müvafiq ixtisaslar üzrə cəlbetmə və seçim prosesi təşkil edilib.
Seçim mərhələlərinə ümumilikdə 2809 nəfər cəlb edilib, bütün seçim mərhələlərini uğurla başa vurmuş 133 nəfər proqramda iştirak etmək hüququ əldə edib.
SOCAR-ın müxtəliflik və inklüzivlik siyasətinə uyğun olaraq proqrama seçilən 133 nəfərdən 73 nəfəri gənc xanımlar olub.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
