Gəncə terrorunun qurbanı mülki şəhid Tunar Əliyev: Ailəsindən ürəkdağlayan sözlər
Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür.
Ermənilərin atdığı raketlər 2020-ci ilin oktyabrın 4-ü səhər saatlarında Gəncə şəhərində sakinlərin yaşadığı ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə düşüb.
Nəticədə Əliyev Tunar Qoşqar oğlu şəhid olub, digər 32 mülki şəxs isə yaralanıb. Həmçinin mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.
Terror qurbanı olan 20 yaşlı Tunarın anası Validə Əliyeva Baku TV-yə həmin dəhşətli gündən danışıb.
“Onunla bərabər hər şeyimi itirdim. Hərbi xidmətdən gəlməyinin bir ili tamam olmamışdı, işə təzə başlamışdı. İş yoldaşları ilə əsgərlərə yardım apararkən yolda terrorun qurbanı oldu”, – şəhidin anası söyləyib.
#Gəncə terroru teqi istifadə olunub
- Gəncənin 21 yaşlı ilk mülki şəhidi | "Raket düşəndə hiss etdim ki, ona nə isə oldu" - Baku TV
- Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı dəhşətli faktlar
- "10 ayı tamam olan gün şəhid oldu..." | Gəncə terrorunda möcüzə ilə sağ qalan kimdir?
- “Daşların altında qalmışdım, sonra...” | Sakinlər Gəncə terrorunda yaşadıqları dəhşəti danışdı
- 44 günlük Zəfər yolunun 15-ci günü | Gəncə şəhərinə daha bir terror əməliyyatı
