Gəncənin tarixi-dini məbədləri | Əsrlərə meydan oxuyan abidələrlə bağlı görülən işlər
Yeniliklərdən dərhal xəbərdar olun
Yaşı dörd əsrdən artıq olan Şah Abbas Cümə məscidi Gəncənin əsas ibadət mərkəzlərindən biri olmaqla yanaşı, şəhərin tarixi-memarlıq simvollarından biridir.
Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncəyə son səfəri zamanı yenidən bu məscidə baş çəkməsi bir daha göstərir ki, ölkədə etiqad azadlığı və dini məbədlərin qorunması daim diqqət mərkəzindədir.
Şah Abbas Cümə məscidinin imamı İskəndər Məmmədov Baku TV-yə açıqlamasında ibadət ocağında tarixən dəfələrlə təmir-abadlıq işlərinin aparıldığını qeyd edib:
“Məsciddə əsaslı təmir işləri isə 2008-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə aparılıb. Üstündən 17 il keçdiyi üçün yenidən təmir işlərinə ehtiyac yaranıb. Birinci vitse-prezident Mehriban Əliyeva da bu yaxınlarda məscidimizi ziyarət edərək öz tövsiyə və göstərişlərini verdi”.
