Pleyeri seçin:

Geyim namusdan xəbər vermir | İlahiyyatçının açıqlaması müzakirələrə səbəb oldu - AMİN

09 oktyabr 2024 607 baxış

Baku TV-də “Amin” adlı yeni veriliş yayımlanıb.

Verilişin ilk buraxılışında “Din nə üçün lazımdır” sualı ətrafında müzakirə aparılıb.

İlahiyyatçı Elvüsal Məmmədov qeyd olunan sual haqqında bildirib ki, din bəşəriyyətə məlum ən qədim institutlardan biridir. Tarix boyunca inanc, adət-ənənələr, əxlaq, hüquq sistemi, sosial münasibətlər din tərəfindən müəyyən olunub:

“Tarixən ən böyük mədəniyyətləri din yaradıb. Buna görə dinlər insanların həyatında əhəmiyyətli yer tutur. Dinlər insan ruhunun mahiyyətini əmələ gətirən mənəviyyatın əsas qidasıdır. İnsan təkcə intellektual, bioloji məxluq deyil. O həm də mənəvi varlıqdır. İnsanın mənəviyyatını təkcə elm, incəsənət doyuzdura bilmir. Onun ruhu inancla iç-içə olanda rahatlıq tapır”.

İlahiyyatçının sözlərinə görə, ateist insanın əxlaqlı olması mümkündür, lakin əxlaqa sadiq qalması mümkün deyil:

“Namus anlayışından söz açsaq, 40 il bundan əvvəl bir azərbaycanlının gözündə namusun konturlarını cızan ayrı-ayrı anlayışlar var idisə, bu gün onlar başqaları ilə dəyişilib. Əvvəllər kişinin nəzərində qadının daha çox don geyinməsi namusu göstərən davranış norması hesab olunurdusa, bu gün isə artıq həmin davranış normasından imtina olunub və qadının şalvar geyinməsi kişinin namusuna xələl gətirən davranış kimi görülmür. Yəni geyim insanın əxlaqından və ya namusundan birbaşa xəbər vermir”.

Şair Şəhriyar Del Geraninin sözlərinə görə, Azərbaycanda maarifçilik və aydınlanma məsciddən “qaçmaqla” başlayıb:

“Ömər Faiq Nemanzadə, Mirzə Cəlil Məmmədquluzadə məsciddən qaçıb “Molla Nəsrəddin” jurnalını yaratdılar. Həsən bəy Zərdabi atasına “mən molla olmayacağam” dedi və “Əkinçi” qəzetini yaratdı. Düşünürəm ki, bəlkə, məscidin içində belə islahatlara getmək Azərbaycan cəmiyyətinə daha çox şey verərdi. Bu kontekstdə bir mollanın Azərbaycanda dinə vurduğu zərbəni heç bir ateist vura bilməz”. 

İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

Cəmiyyət
30 sentyabr 2026 607 baxış
“Heç vaxt belə bir hiss yaşamamışam” | Doğma yurda qayıdan sakinlərin sevinci - Baku TV

“Heç vaxt belə bir hiss yaşamamışam” | Doğma yurda qayıdan sakinlərin sevinci - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 607 baxış
Ekran əsəri Qarabağ və Şərqi Zəngəzurun bərpasına həsr olunub - Baku TV

Ekran əsəri Qarabağ və Şərqi Zəngəzurun bərpasına həsr olunub - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 607 baxış
FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV

FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 607 baxış
"Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."

"Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."

Cəmiyyət
29 sentyabr 2026 607 baxış
Məktəbin büdcəsi necə formalaşdırılmalıdır?

Məktəbin büdcəsi necə formalaşdırılmalıdır?

Cəmiyyət
29 sentyabr 2026 607 baxış
Silah və müdafiə texnologiyaları Bakıda nümayiş olunacaq

Silah və müdafiə texnologiyaları Bakıda nümayiş olunacaq

Cəmiyyət
29 sentyabr 2026 607 baxış
Süleyman Sani Axundov küçəsində xaotik vəziyyət - Baku TV

Süleyman Sani Axundov küçəsində xaotik vəziyyət - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 607 baxış
"Suda xilas edilənlərin sayı..." | FHN-dən xilasetmə əməliyyatları barədə açıqlama - Baku TV

"Suda xilas edilənlərin sayı..." | FHN-dən xilasetmə əməliyyatları barədə açıqlama - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 607 baxış
Sürücülər görün necə risk altındadır | Masazır dairəsi istiqamətində böyük təhlükə - Baku TV

Sürücülər görün necə risk altındadır | Masazır dairəsi istiqamətində böyük təhlükə - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 607 baxış
Seçilmişlər
icon