Gömrükdə diplomlarla bağlı araşdırma başlanılıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsində diplomlarla bağlı araşdırma aparılır.
Bəzi informasiya mənbələrinin yaydığı məlumata görə, Dövlət Gömrük Komitəsində çalışan xeyli sayda vəzifəli və rütbəli şəxsin diplomunun təsdiqlənməməsi faktı aşkarlanıb. Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov məsələ ilə bağlı araşdırmaların başlanmasına göstəriş verib. Artıq ilkin nəticələr də məlum olub.
O da aydın olub ki, DGK-nın bəzi rütbəli şəxsləri xarici ölkələrdəki ali məktəblərə adlarını yazdırsa da, həmin ölkələrə getmədən "təhsil” alıblar. Həmin şəxslər işdən azad olunur və bəzinin barəsində isə araşdırma aparılır.
Məsələ ilə bağlı DGK-nin sözçüsü Natiq Axundov Baku TV-yə açıqlama verib.
Onun sözlərinə görə, bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən əməkdaşların diplomlarının araşdırılması ilə bağlı xüsusi göstəriş verildiyinə və xeyli sayda şəxsin diplomunun təsdiqlənməməsinə dair yayılan məlumatlar həqiqətəuyğun deyil. Bildiririk ki, işə qəbul zamanı, həmçinin gömrük orqanlarında xidmət dövrlərində mütəmadi olaraq insan resurslarının idarə edilməsi ilə bağlı sənədlərin öyrənilməsi həyata keçirilir və qanunazidd hallar aşkar edildikdə müvafiq tədbirlər görülür.
#Araşdırma teqi istifadə olunub
- Maykl Ceksona milyonlar qazandıran layihə sonunu gətirdi | Səhnəyə böyük qayıdış faciə ilə bitdi
- “Qorxaq”, “Səfeh” və “Təcrübəli” gerçəkdə düşmən idi? - Milyonları güldürən aktyorun əsl həyatı
- Anasının möcüzəsi sayılan "Yeşilçam" əfsanəsi nəyə heç vaxt "yox" deyə bilmədi? - ARAŞDIRMA
- Hamı mimikalarına gülür, həyatı isə kədərlidir | Ayaqqabı təmizləyən Lui de Fünes necə ulduz oldu?
- Atası istəmədi, həbs edildi | “Uzun çöp” adlandırılan qız necə dünya ulduzu oldu? - ARAŞDIRMA
