Görün qəbirləri nə günə qoyublar | Tərtər sakinləri erməni vandallığından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
44 günlük Vətən müharibəsi zamanı ermənilər döyüş meydanından uzaqda olan yaşayış məntəqələrini və mülki şəxsləri dəfələrlə hədəfə alıb.
Hətta məzarlıqlarda belə erməni vandallığının izləri qalmaqdadır. Tərtərin Səhlabad kənd qəbiristanlığı kimi.
Kənd sakini Cəbrayıl Yusifovun sözlərinə görə, ermənilər sözügedən məzarlıqda bir gecədə bütün qəbirləri dağıdıblar:
“Səhər gəlib gördük ki, bütün qəbirlər dağılıb. 266 qəbirə ziyan dəymişdi, 100-dən çoxu isə tamamilə dağılmışdı”.
Qeyd edək ki, 2020-ci il oktyabrın 14-də dəfn mərasimi zamanı Tərtər şəhər qəbiristanlığının raket atəşinə tutulması nəticəsində 4 mülki şəxs – Pərviz Orucov, İsgəndər Əmirov, Vasif Rüstəmov və Şakir Zamanov aldığı qəlpə yaralarından yerindəcə dünyasını dəyişib.
#Vətən müharibəsi teqi istifadə olunub
- “Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV
- Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV
- Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV
- "Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV
- “Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV
