Pleyeri seçin:

Güclü sel daşı daş üstündə qoymadı | "Maşınlar qaldı çayın o biri tərəfində" - Baku TV

09 iyul 2026 389 baxış

Son günlər şimal-qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti Zaqatala rayonunda ciddi fəsadlara səbəb olub.

Əsasən Yuxarı Tala kəndi ərazisində çətinliklər yaranıb. Talaçayda baş verən sel nəticəsində Meşleş kəndinə gedən avtomobil yolunun təxminən 800 metrlik hissəsi tamamilə yuyulub. Hazırda 36 təsərrüfatın yerləşdiyi kənddə avtomobillərin hərəkəti məhdudlaşıb.

“Kəndə gedən yol dağılıb, gediş-gəliş kəsilib”, – deyə sakinlərdən biri bildirib.

“Sel kənddə böyük problemlər yaradıb. Kəndin yuxarı tərəfində Meşleş kəndi yerləşir. Orada yaşayan insanlar ərzaq, su və avtomobil yolu ilə bağlı ciddi çətinliklərlə üzləşiblər. Yollar tamamilə bərbad vəziyyətdədir”, – digər sakin deyib.

Qeyd edək ki, sel rayonun digər yaşayış məntəqələrinə də ziyan vurub. Təsərrüfatlar və əkin sahələri su altında qalıb. Yolların bərpası və kəndlərlə nəqliyyat əlaqəsinin yenidən təmin olunması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin aparıldığı bildirilir.

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 389 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 389 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 389 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 389 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 389 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 389 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 389 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 389 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 389 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 389 baxış
Seçilmişlər
icon