Pleyeri seçin:

“Günah valideyndədir” | Bu təhlükə azyaşlıları görün necə məhvə doğru sürükləyir - Baku TV

07 yanvar 2026 538 baxış

Əvvəllər azyaşlılar da televizora baxardılar. Amma təəssüf ki, son illər həyatımızın böyük bir hissəsini ələ keçirən ağıllı telefon və planşetlər televizorları belə unutdurub.

Mütəxəssislər xüsusən azyaşlıların dayanmadan birbaşa şüa ilə təmasının çox ciddi fəsadlara yol açdığını deyirlər.

Məsələ ilə bağlı Baku TV paytaxt sakinlərinin fikirlərini öyrənib.

“Biz uşaq vaxtı oyunlar oynayır, valideynlərimizlə maraqlı vaxt keçirirdik. Amma indi vəziyyət tam fərqlidir, sanki robotlaşma gedir. Qızım da telefona aludə olub”, – deyə sakinlərdən biri bildirib.

Başqa bir sakin isə qeyd edib:

“Telefon uşaqlara çox pis təsir edir. Onlar kiçik yaşlarından idmanla məşğul olmalıdırlar”.

Bəs ekranların hər yeri əhatə etdiyi müasir dünyada valideynlər nə etməlidirlər?

Psixoloq Vüsalə Əmiraslanova deyir ki, internetin inkişafı və uşaqlar üçün əlçatan proqramların çoxalması onların istədikləri videolara asanlıqla çıxışını mümkün edib və bu da maraq dairəsinə nəzarəti çətinləşdirir:

“Bəzi valideynlər düşünürlər ki, uşaq azad ruhda böyüməlidir. Amma azadlıq təkcə sosial şəbəkələrdə olmaq və saatlarla telefon, planşet istifadə etmək demək deyil. Azadlıq daha çox psixoloji və fəlsəfi anlayışdır. Məsələn, mənə təklif olunan hər şeyə baxmamaq, “yox” deyə bilmək və özümə zaman ayırmaq bacarığıdır”.

Pediatr İlhamə Rəsulova isə bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, 0-2 yaşlı uşaqların telefon və planşetlərdən istifadəsi qətiyyən tövsiyə olunmur.

“2-5 yaşlı uşaqlar üçün gün ərzində 30-60 dəqiqə, fasilələrlə və yalnız öyrədici, maarifləndirici proqramlara baxmaq şərti ilə istifadəyə icazə verilir. 6 və daha yuxarı yaşlı uşaqlar üçün isə ekran vaxtı gün ərzində 1-2 saatdan artıq olmamalıdır”, – deyə pediatr vurğulayıb.

Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 538 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 538 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 538 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 538 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 538 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 538 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 538 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 538 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 538 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 538 baxış
Seçilmişlər
icon