Günəşli sakinləri kanalizasiyanın qoxusundan evdə otura bilmirlər
Yeniliklərdən dərhal xəbərdar olun
Günəşli qəsəbəsinin bir qrup sakini kanalizasiya problemindən əziyyət çəkir.
Belə ki, sakinlərdən birinin evinin altından keçən kanalizasiya borusu partlayıb. Bu da ətrafı üfunətin bürüməsinə və evlərdə çatların əmələ gəlməsinə səbəb olub.
“Qonşunun həyətindən keçən boru partlayıb. Amma problemi aradan qaldırmaq üçün mənim evimin həyətini qazdılar. Daha sonra işi yarımçıq qoyub getdilər”, – şikayətçi Şəmsiyə Əliyeva bildirib.
“Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı məsələ ilə bağlı bildirib ki, problemlə əlaqədar aidiyyəti qurumlara məlumat verilib: “Həmin xətti təmir etmək üçün bəzi vətəndaşların hasarları, yardımçı tikililəri sökülməlidir. Bir neçə dəfə qəza briqadamız ərazidə olub. Lakin indiki şəraitdə orada təmir işləri aparmaq mümkün deyil”.
#Kanalizasiya problemi teqi istifadə olunub
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- "Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV
- Binəqədi sakinlərinin çətinliyi nə vaxt həll ediləcək?
- "Yağış yağanda daha betər olur" | Binəqədi sakinlərinin həll edilməyən problemləri - Baku TV
- “4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV
