Güzgüdə əmələ gələn qara ləkələrin qarşısını necə almaq olar?
Yeniliklərdən dərhal xəbərdar olun
Güzgülər təkcə xarici görünüşümüz üçün deyil, həm də otağın ab-havası üçün vacibdir. Onlar məkanı vizual olaraq genişləndirir, işıqla doldurur və səliqə hissi yaradır.
Bəs birdən-birə güzgüdə naməlum qara nöqtələr peyda olarsa, nə etməliyik?
Müasir güzgülər şüşənin üzərinə nazik metal qatı çəkilməklə hazırlanır, sonra bu qat mislə örtülür ki, metal qorunsun. Lakin nəmin təsiri altında, xüsusilə də hamam otaqlarında bu metal oksidləşir və nəticədə səthdə tünd ləkələr əmələ gəlir. Əgər ləkələr artıq yaranıbsa, ev üsulları ilə onları təmizləmək mümkün deyil, çünki bu, metal qatının zədələnməsi deməkdir və onu bərpa etmək olmur. Belə hallarda yalnız peşəkar restavrasiya və ya güzgünün dəyişdirilməsi kömək edə bilər.
Ekspertlər bu cür problemlə qarşılaşmamaq üçün nəmdən qoruyucu qatla təchiz olunmuş modellərə üstünlük verməyi tövsiyə edirlər. Güzgünü radiator və ya istilik cihazlarının yaxınlığında yerləşdirməkdən çəkinməyi məsləhət görürlər. Çünki artıq istilik korroziyanı sürətləndirir.
