Pleyeri seçin:

Hakimin sualı həkimi çətin duruma saldı | “Talassemiya işi”ndə yeni faktlar

24 aprel 2025 883 baxış

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Talassemiya Mərkəzinin sabiq işçisi Xuraman Cəfərova mərkəzdə əvvəl həkim, daha sonra isə baş həkim kimi işlədiyini deyib. Bununla yanaşı, o, ifadəsi zamanı bildirib ki, neqativ hallarla rastlaşdıqda mərkəzin rəhbərliyinə vaxtında məlumat verib. Təqsirləndirilən şəxs Aynur Bayramovanı mərkəzə xəstələrlə birgə gəlib-gedən kuryer kimi tanıdığını bildirib.

Onun bu ifadəsi bəzi zərərçəkənlərin etirazı ilə qarşılanıb. “Necə olur ki, təqsirləndirilən şəxslər mərkəzdə açıq-aşkar pasiyentlərin qeydiyyatını apardıqları halda baş həkimin bundan xəbəri olmur?”, – deyə onlar iradlarını bildiriblər.

Xuraman Cəfərova isə buna cavab olaraq deyib ki, bu hallar onun çalışdığı dönəmdən əvvəl olub. Onun bildirdiyinə görə, sözügedən faktlar əvvəlki baş həkim Afaq Nəsibovanın çalışdığı vaxta təsadüf edib.

Təqsirləndirilən Aynur Bayramova isə sabiq baş həkimi yalan danışmaqda ittiham edərək onunla telefon danışıqlarının, səs qeydlərinin və yazışmalarının olduğunu deyib. Bununla yanaşı, təqsirləndirilən onu da vurğulayıb ki, Xuraman Cəfərova onların mərkəzdə fəaliyyət göstərməsi üçün hətta otaq da ayırıbmış.

Tanınmış həkim Mircəlal Kazımi prosesdə yenidən əlavə şahid kimi dindirilib. Zərərçəkən Kamil Əhmədov bildirib ki, həkim Mircəlal Kazıminin iştirakı ilə həyat yoldaşının qaraciyər əməliyyatına görə 46 min manat tələb edilib. Lakin xəstənin yaxınları bu məbləğin 23 min manatını hazırlayaraq vasitəçilik edən təqsirləndirilənlərə təqdim edə biliblər. Məbləğin digər hissəsi ödənilmədiyindən xəstə əməliyyata alınmayıb və dünyasını dəyişib.

Prosesi idarə edən hakimlərdən Şəlalə Həsənovanın həkimə "Pula görə insanlığı bu dərəcədə arxa plana atmaq olarmı?" sualı tanınmış həkimi çətin duruma salıb. Kazımi "Bu, qlobal bir problemdir, möhtərəm hakim, bunun cavabı məndə deyil", – deyə cavab verib.

Daha sonra zərərçəkənlər Talassemiya Mərkəzinin sabiq direktoru Valeh Hüseynovun əlavə şahid kimi prosesdə dindirilməsi ilə bağlı vəsatət veriblər. Vəsatət təmin olunmadan rədd edilib.

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 883 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 883 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 883 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 883 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 883 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 883 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 883 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 883 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 883 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 883 baxış
Seçilmişlər
icon