Hansı avtobuslar işləyə bilməyəcək? | Baku TV araşdırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobuslar üçün Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixində təsdiq etdiyi yeni qaydalar 2024-cü il iyulun 1-də qüvvəyə minib.
Qərara əsasən, avtobuslar tək rəngdə olacaq: qırmızı, ağ və yaşıl. Artıq bütün avtobuslarda kamera quraşdırılacaq. Həmin kameralara ən azı 15 günlük yaddaş qurğusu yerləşdiriləcək. Eyni zamanda avtobusların hər birində ilkin tibbi yardım çantaları olmalıdır. Həmçinin bütün avtobuslara yanğın balonları yerləşdirilməlidir. Yeni qaydalara əsasən, avtobuslarda artıq qəza çıxışları da olacaq.
Qeyd edək ki, bu qaydalara əməl etməyən daşıyıcı şirkətlər fəaliyyət göstərə bilməyəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Nazirlər Kabinetinin qərarı 1 iyul 2024-cü il tarixindən sonra ölkədə istehsal olunan və ya ölkəyə idxal olunan avtonəqliyyat vasitələrinə şamil edilir.
#Sərnişin avtobusları teqi istifadə olunub
- Bəzi avtobuslardakı antisanitar vəziyyətin səbəbi nədir? - Baku TV CANLI
- Bu tarixlərdə avtobusların fəaliyyətində dəyişiklik olacaq - Baku TV CANLI
- Bakının xəstəlik mənbəyi olan çirkli avtobusları | Sakinlər şikayət edir - Baku TV
- "Bəzi sürücülər təcrübəsizdir..." | Avtobus qəzalarının səbəbləri
- “Adamı da vura bilər...” | Marşrutda sərnişinlərin həyatını təhlükəyə atan insidentlər
