Hansı rayonlarda peşə hazırlığı mərkəzləri yaradılacaq? | Siyahı açıqlandı
“İşsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsilinin təşkili üzrə il ərzində 16 mindən çox müdavimin peşə hazırlığına cəlb olunması istiqamətində işlər görülür. 2025-ci ildə bu istiqamətə 35 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur”.
Bunu Milli Məclisin noyabrın 26-sı keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, 2030-cu ilə qədər Quba, Masallı, Sabirabad, Şəki, Cəbrayıl rayonlarında müasir avadanlıqlarla təchiz edilmiş yeni peşə hazırlığı mərkəzlərinin tikilməsi nəzərdə tutulub.
Bundan başqa, 2025-ci ildə Quba peşə hazırlığı mərkəzinin istifadəyə verilməsi, maddi-texniki bazasının müasir standartlara uyğun şəkildə qurulması nəzərdə tutulub.
“Hazırda 175 ixtisas üzrə peşə hazırlığı kursları təşkil edilir. Mövcud peşə siyahısı əmək bazarının tələbinə uyğun olaraq yenilənir”, – nazir əlavə edib.
#Sahil Babayev teqi istifadə olunub
- Serbiyalı nazirdən mühüm mesaj | "Azərbaycan Serbiya üçün sadəcə qaz tədarükçüsü deyil" - Baku TV
- Hökumət tərəfindən özəl sektoru hansı imtiyazlar gözləyir? - Baku TV
- Büdcədə neftin qiyməti niyə 65 dollar hesablanıb? - Baku TV
- Nazir son 20 ilin ən yüksək göstəricisini açıqladı
- Son 5 ildə qeyri-neft ÜDM-də nə qədər artım olub?
