Hansı yollardan istifadə edilməlidir? - BŞDYPİ-dən önəmli xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib.
“Sabah başlayacaq “2024 Formula 1 Azərbaycan Qran-prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.
Eyni zamanda 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur”, – müraciətdə bildirilib.
DYP-nin müraciətində qeyd edilib ki, bununla yanaşı, yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur.
#Formula 1 teqi istifadə olunub
- Sürət və taktika mübarizəsinin qalibləri mükafatlandırıldı - Baku TV
- Bakı Şəhər Halqasında temp yüksəlir | Formula 1-in ikinci günündə nələr yaşandı? - Baku TV
- Formula 1 könüllüləri Bakıda tarix yazır
- "Həm işləyirlər, həm əylənirlər" | Yarışdakı komfortun altında hansı əziyyət dayanır? - Baku TV
- Dünyanın aparıcı pilotları Azərbaycan Qran-prisində gərgin mübarizəyə başladı - Baku TV
