Hava haqqında vacib məlumat | Dövlət Xidməti açıqlama yaydı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişir. Baku TV-nin Milli Hidrometeorologiya Xidmətinə istinadən verdiyi məlumata görə, martın 15-dən başlayaraq ayın 18-dək ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti hökm sürəcək. Dövlət Xidməti tərəfindən yayılan vacib açıqlamada bildirilir ki, bəzi bölgələrdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə isə qarın yağacağı gözlənilir.
Xüsusilə Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi ilə bağlı sarı xəbərdarlıq verilib. Temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcəyi, küləyin sürətinin arabir saniyədə 15-20 metrə çatacağı proqnozlaşdırılır. Bölgələrdə, xüsusən Lənkəran-Astara zonasında çaylarda sululuğun artacağı və qısamüddətli sel keçmə ehtimalı barədə əhaliyə xəbərdarlıq edilib. Videoda Milli Hidrometeorologiya Xidmətinin rəsmi nümayəndəsinin açıqlaması, rayonlar üzrə temperatur göstəriciləri və qeyri-sabit hava şəraitinin nə vaxtadək davam edəcəyi barədə təfərrüatlı məlumatlar yer alır.
