Hava necə olacaq? | Dövlət Xidmətindən əhaliyə xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Həftənin ilk günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 % olacaq.
Abşeron çimərliklərinə gəlincə isə dəniz suyunun temperaturu 25-26 dərəcə isti olacaq.
Bölgələrdə də əksər rayonlarda əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 30-35, dağlıq ərazilərdə isə 20-25 dərəcə isti olacaq.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
