Pleyeri seçin:

Hava şəraiti elə dəyişəcək ki... | FHN-dən hava ilə bağlı vacib xəbərdarlıq

02 aprel 2025 444 baxış

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində respublikanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı və dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində qeyd olunub.

"Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır:

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Həmçinin intensiv yağıntıların səbəb ola biləcəyi seldən qorunmaq üçün sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Bundan əlavə, qərb küləyi fonunda havanın temperaturunun yüksəlməsi nəticəsində bəzi yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur", – xəbərdarlıqda bildirilib.

Banner
Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 444 baxış
Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 444 baxış
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 444 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 444 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 444 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 444 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 444 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 444 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 444 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 444 baxış
Seçilmişlər
icon