Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 4-dən 9-a qədər respublika ərazisində hava şəraiti kəskin dəyişəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı bölgələrdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.
Qeyd olunanları nəzərə alan Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib və gözlənilən hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Yağıntılarla əlaqədar bəzi çaylarda sel və daşqın təhlükəsi yarandığından həmin ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
“Həmçinin ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir”, – deyə qurumun müraciətində qeyd olunub.
#Hava proqnozu teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI
- Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI
- Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
